“Real” Barselonaya üç əskiklə gedir - SİYAHI
01.04.2016 - 20:57
“Real” Barselonaya üç əskiklə gedir - SİYAHI

Madrid “Real”ı İspaniya La Liqasının XXXI turunda baş tutacaq “El-Klasiko” üçün iştirak ərizəsini açıqlayıb. Apasport.az saytının məlumatına görə, "Barselona" ilə səfərdə qarşılaşacaq “kral kubu”nun baş məşçqisi Zinəddin Zidan Kataloniyaya aparacağı oyunçuların adlarını açıqlayıb.

 

Gözlənildiyi kimi, fransız futbolçu Rafael Varan, ispan Arbelao və xorvat Kovaçiç heyətdə yer almayıb. 

 

18 nəfərlik iştirak ərizəsinə aşağıdakı futbolçular daxil edilib.

 

Qapıçılar: Navas, Kasilya, Yanes

 

Müdafiəçilər: Pepe, Ramos, Naço, Marselo, Karvaxal, Danilo

 

Yarımmüdafiəçilər: Kroos, Xames, Beyl, Kasemiro, Modriç, İsko

 

Hücumçular: Ronaldo, Benzema, Xese

0