“Real” daha bir qapıçısı ilə yollarını ayırdı
08.08.2015 - 13:23
“Real” daha bir qapıçısı ilə vidalaşıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, İker Kasilyasdan sonra indi də Fernando Paçeko Madrid klubunu tərk edib.
“Kral klubu”nun öz yetirməsi olan 23 yaşlı qolkiper komandada 3-cü qapıçı olmaqdan imtina edib və “Alaves”ə keçib. O, gələn mövsümdən Sequnda klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Fernando Paçeko ötən ildən “Real”ın əsas komandasına cəlb edilsə də, bu klubun heyətində rəsmi oyunda iştirak etməyib.
0
0