Mövsümü titulsuz başa vurmağa çox yaxın olan “Real” gələn mövsüm də eyni aqibəti yaşamamaq üçün heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “kral klubu”nun transfer hədəfində olan futbolçulardan biri də “Mançester Yunayted”in hücumçusu Robin van Persidi.
“Real” hazırda icarə əsasında bu klubda oynayan və müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Xavyer Ernandesdən çox van Persinin xidmətində maraqlıdı. Tərəflər arasında danışıqlara artıq start verilib. İngilis klubu da son vaxtlar formadan uzaq olan Hollandiya millisinin üzvünün gedişinə çalışır. İspaniya təmsilçisi əgər bu keçidi reallaşdıra bilsə, o zaman Xavyer Ernandesdən imtina edəcək.
Qeyd edək ki, Robin van Persi bu mövsüm Premyer Liqada 26 oyun keçirib, 10 qolla yadda qalıb.