“Real” rəhbərliyi Benitesdən arıqlamağı tələb edir
21.06.2015 - 13:57
“Real” rəhbərliyi Benitesdən arıqlamağı tələb edir

Madrid “Real”ının rəhbərliyi baş məçqçi Rafael Benitesdən arıqlamağı tələb edib. Apasport.az saytının “AS” nəşrinə istinadən məlumatına görə, futbolçuların və baş məçqçinin imiclərinə xüsusi yanaşan “kral klubu”nun rəhbərliyi Benitesdən dieta saxlamağı və xarici görkəminə diqqət göstərməyi istəyib.

 

Çünki rəhbərlik Rafanın “Liverpul”da olduğu kimi artıq çəkisi ilə diqqət mərkəzinə gəlməsini istəmir.

 

Qeyd edək ki, hazırda Benitesin çəkisi 75-80 kq ətrafındadı.