“Real” çoxdandı transfer etmək üçün dəridən-qabıqdan çıxdığı PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin transferindən gözlənilmədən imtina edib. Apasport.az saytının İspaniyanın AS qəzetinə istinadən məlumatına görə, “kral klubu”nu bu qərarı verməyə hücumçusu Kriştianu Ronaldo vadar edib.
Məsələ burasındadı ki, ispanlar Verrattinin keçidi üçün PSJ-yə 50 milyon, futbolçunun özünə isə illik 7 milyon avro təklif etmişdi. Fransızlar isə bu işbirliyindən yararlanıb qarşı tərəfdən Kriştianu Ronaldonu transfer etməyə cəhd edib. Paris təmsilçisi Ronaldoya ilinə 18 milyon avro maaş da təklif etmişdi.
Lakin Ronaldonu satmaq fikrindən uzaq olan Madrid təmsilçisi PSJ rəhbərliyi ilə üz-üzə gəlməmək üçün artıq Verrattidən də imtina edib.