"Tottenhem"dən ayrıldıqdan sonra klubsuz olan Emmanuel Adebayor özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, toqolu forvard Premyer Liqa təmsilçisi "Kristal Pelas"la anlaşıb.
London klubunun rəsmi saytının yaydığı məlumata görə, 31 yaşlı hücumçu mövsümün sonuna kimi "Kristal Pelas"ın şərəfini qoruyacaq. O, komandada 25 nömrəli futbolkada çıxış edəcək.
Bu günə kimi Premyer Liqada 94 qola imza atmış Adebayor, çempionatın tarixi ərzində ən məhsuldar 25-ci futbolçudu. Toqolu futbolçu karyerası ərzində "Real", "Monako", "Arsenal", "Mançester Siti" və "Mets"in şərəfini qoruyub.
Adebayor Premyer Liqada son oyununu ötən ilin may ayında, "Mançester Siti"yə qarşı keçirib.