“Real” yetirməsini geri qaytardı
02.07.2015 - 17:52
Madrid “Real”ı heyətinə yeni futbolçu qatıb. Apasport.az saytı xəbər verir ki, La Liqa təmsilçisi “Espanyol”un yarımmüdafiəçisi Lukas Vaskesi transfer edib.
24 yaşlı futbolçu “Real”ın öz yetirməsidi. 2014-2015 mövsümünü “Espanyol”da keçirən Vaskes 33 oyunda aktivinə 3 qol və 6 məhsuldar ötürmə yazdırıb.
Bunu nəzərə alan “kral klubu”nun rəhbərliyi onu geri qaytarmağa qərar verib. Futbolçunun özü də doğma klubuna qayıtmaqdan imtina etməyib.
0
0