“Real”da 10 illik dövr qapanır
21.06.2015 - 18:24
“Real”da 10 illik dövr qapanır

“Real”da onuncu ilini tamamlayan Serxio Ramos klubdan ayrıla bilər. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, təcrübəli müdafiəçi ilə “Mançester Yunayted” ciddi maraqlanır.

 

Artıq tərəflərin şəxsi razılığa gəldiyi bildirilir. “Qırmızı şeytanlar”ın baş məşqçisi Lui Van Qalın israrla komandasında görmək istədiyi 29 yaşlı futbolçu üçün klubların da anlaşma əldə edəcəyi gözlənilir.

 

Qeyd edək ki, 2005/2006 mövsümündən etibarən “kral klubu”nun şərəfini qoruyan Ramos bu müddətdə 431 oyunda meydana çıxıb, 52 dəfə qol sevinci yaşayıb.