“Real”ın 4 zədəli futbolçusu sıraya döndü
27.10.2015 - 18:51
“Real”ın 4 zədəli futbolçusu sıraya döndü

Madrid “Real”ının 4 zədəli futbolçusu sıraya dönüb. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, Hames Rodriges, Kərim Benzema, Pepe və Alvaro Arbeloa zədələrini sağaldaraq, məşqlərə başlayıblar.

 

Adıçəkilən futbolçulardan heç də hamısı kollektivlə birgə məşqə qatılmayıb. Pepe və Rodriges fərdi məşqlə kifayətləniblər. Benzema isə əvvəlcə komanda yoldaşları ilə birgə məşq etsə də, sonradan Arbeloaya qoşularaq hazırlıq keçib.

 

Bununla da, “Real”ın heyətində 2 zədəli futbolçu qalıb. Bunlar Qaret Beyl və Daniel Karvahaldı. Onların sıraya dönəcəyi dəqiq tarix isə hələ bəlli deyil.

 

0