“Real”ın daha bir zədəlisi sağaldı
13.03.2015 - 11:42
“Real”ın zədəli futbolçuları bir-bir sıraya dönürlər. Apasport.az saytının məlumatına görə, Luka Modriçdən sonra Xames Rodriges də komandaya qoşulub.
Kolumbiyalı yarımmüdafiəçi son məşqi topla keçib və ümumi hazırlıqda da iştirak edib. 24 yaşlı futbolçunun təxmin edilən vaxtdan əvvəl qayıtması düşərgədə sevinclə qarşılanıb. Ancaq ulduz oyunçu hələ bir müddət məşqlərlə kifayətlənməli olacaq.
Qeyd edək ki, “Real” Rodrigesi cari mövsümün əvvəlində 80 milyon avro müqabilində “Monako”dan transfer etmişdi. Fevralın əvvəlində “Sevilya” ilə matçda onun ayağı qırılmışdı.
0
0