“Real”ın futbolçusu milli komandadan uzaqlaşdırıla bilər
16.06.2015 - 21:26
Kosta-Rika milli komandasının və Madrid “Real”ının qapıçısı Keylor Navas KONKAKAF kubokunda iştirak etməyə bilər. Apasport.az saytının məlumatına görə, hazırda milli komandanın düşərgəsində olan futbolçu zədədən əziyyət çəkir.
Kosta-Rika Futbol Federasiyasından verilən məlumata görə, 28 yaşlı futbolçunun dabanında olan xroniki zədə yenidən üzə çıxıb.
Navas haqqında son qərar tibbi müayinədən sonra veriləcək.
Xatırladaq ki, KONKAKAF kuboku 7 iyluda başlayacaq və ABŞ və Kanadada keçiriləcək.
0
0