“Real”ın mənimlə maraqlanması vecimə deyil”
28.06.2015 - 01:00
“Real”ın mənimlə maraqlanması vecimə deyil”

“Mançester Siti”nin argentinalı hücumçusu Serxio Aquero “Real Madrid”in onunla maraqlanması ilə bağlı fikirlərini bildirib. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu bütün diqqətini milli komandanın uğurları üçün cəmlədiyini və Mançesterdə xoşbəxt olduğunu deyib:

 

“Real”ın mənimlə maraqlanmsı haqqında xəbərləri eşitmişəm, ancaq bu, mənim vecimə deyil. Hazırda bütün diqqətimi Amerika Kubokunda milli komandanın qələbə qazanmasına yönəltmişəm. İstəyirəm bu çempionatda uğur qazanım və daha sonra “Mançester Siti”də nə qədər xoşbəxt olduğumu hamıya göstərim”. 

 

Qeyd edək ki, argentinalı hücumçu ötən mövsüm İngiltərə Premyer Liqasında “şəhərlilər”lə meydana çıxdığı 33 oyunda 26 qol vurub və 8 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.