Dani Karvaxal, müdafiəçisi olduğu “Real”lın qonaq meydanında “Atletiko” ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüş öncəsində maraqlı məqamlara toxunub. Apasport.az saytının məlumatına görə, cinah oyunçusu “Atletiko”nun revanş üçün əlindən gələn hər şeyi edəcəyini vurğulayıb.
O, cari mövsümdə hər iki Madrid klubunun bir neçə dəfə üz-üzə gəldiyini, lakin Çempionlar Liqası həyəcanının tam başqa xarakter daşıdığını bildirib: “Amma bu matç ayrıdı, hər komanda çətin mübarizədən qalib çıxmağa çalışacaq”.
Ötənilki finaldan sonra, hər iki tərəfdə mənfi və müsbət dəyişikliklərin olduğunu deyən Karvaxal, nüfuzlu turnirin tarixində ilkə imza atmaq istədiklərini açıqlayıb: “Ard-arda iki çempionluğu qazansaq, rekord olacaq. Ancaq indiki halda bu mərhələni keçib, addım-addım həlledici məqama yaxınlaşmalıyıq”.
mənbə: uefa.com