“Real”ın portuqaliyalısı üçün il bitdi
08.12.2015 - 18:52
“Real”ın portuqaliyalısı üçün il bitdi

“Monako”nun müdafiəçisi Fabio Koentrao üçün 2015-ci il başa çatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı futbolçu ciddi zədə alıb.

 

Fransa Liqa 1-nin geridə qalan turunda “Bastiya” ilə qarşılaşmada əzələsi dartılan Portuqaliya millsinin üzvü 3 həftə komandadan ayrı qalacaq. Həkimlər onun bu il yaşıl meydançalardan uzaq qalacağını açıqlayıblar.

 

Qeyd edək ki, müqavilə ilə “Real”a məxsus olan Koentrao “Monako”da icarə əsasında çıxış edir.