“Real”lı üçün 60 milyon
11.04.2017 - 01:29
PSJ “Alaves”in futbolçusu Markos Lorenteni transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, Lorente müqaviləylə “Real”a məxsusdu və “Alaves”də icarə əsasında çıxış edir.
PSJ yarımmüdafiəçiyə görə 60 milyon avro ödəməyə hazırdı.
Oyunçu özü də PSJ-də oynamağın əleyhinə deyil. Futbolçu gələn mövsüm “Real”ın baş məşqçisi Zinəddin Zidanın ona etimad göstərəcəyinə əmin deyil. Ancaq məlumata görə, yarımmüdafiəçi qəti qərarı mövsümün sonunda verəcək. Onun qərarına Zidanın “Real”ın baş məşqçi postunda qalıb-qalmayacağı böyük təsir edəcək.
0
0