“Real Madrid”dən 100 minlik satış
04.06.2014 - 19:46
İspaniyanın “Real Madrid” futbol klubu 24 saat ərzində 100 min yeni futbolka satıb. Apasport.az saytının məlumatına görə, dizaynerləri futbolkanı xərçəng xəstəliyi ilə mübarizənin rəmzi kimi çəhrayı rəngdə hazırlayıblar.
Qeyd edək ki, çəhrayı rəng bütün dünyada xərçənglə mübarizənin simvolu kimi qəbul edilib. Bundan bir qədər öncə isə Madrid klubunun növbəti mövsüm səfər oyunlarında geyəcəyi forma da təsdiq edilib.
“Real” ötən mövsüm İspaniya çempionatını üçüncü yerdə başa vurub.
0
0