“Rəqib qapımıza bir dəfə gəldi, onda da qol oldu”
12.03.2014 - 18:12
“Rəqib qapımıza bir dəfə gəldi, onda da qol oldu”

“Oyuna yaxşı başladıq, qol epizodlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Güvənc Kurtar deyib.

 

Türkiyəli mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Bakı” ilə ilk oyunu haqda fikirlərini açıqlayıb. Kurtar 0:1 hesablı məğlubiyyətdən sonra hakim səhvindən şikayətlənib: “Rəqib qapımıza bir dəfə gəldi, onda da qol oldu. İkinci hissədə bir az daha çox risk etməyə başladıq. Qarşılıqlı hücumlar oldu. Oyunun sonlarına yaxın isə hakim rəqib qapısına 11 metrlik cərimə zərbəsini təyin etməli idi. Kubok oyunlarında bir qol belə çox önəmlidir. Hakim ümumilikdə oyunu yaxşı idarə etdi. Bir həftə sonra cavab oyunu var, hər şey bitməyib. “Bakı”nı məğlub edəcək gücdəyik. Cavab oyununa kimi zədəli futbolçularımız da sıraya dönəcək. Kamal Bayramov son oyunlarda çox yaxşı oynadı. Hər iki qapıçımız yaxşıdır”.

 

Qeyd edək ki, “Bakı”nın meydanında keçiriləcək cavab oyunu martın 19-da baş tutacaq.