“Rəvan” AZAL-la oyuna itkilərlə hazırlaşdı
27.02.2014 - 22:12
“Rəvan” AZAL-la oyuna itkilərlə hazırlaşdı

"Rəvan” Topaz Premyer Liqasının XXIV turu çərçivəsində AZAL ilə qarşılaşacaq. Apasport.az klub saytına istinadən xəbər verir ki, “aslanlar” sabah "Bayıl Arena”da baş tutacaq görüşə hazırlığı bu günkü məşqlə artıq başa vurublar.

 

"Bayıl Arena”da keçirilən axşam məşqində 2 futbolçu iştirak etməyib. Qasıq nahiyəsindən aldığı zədəyə görə müalicəsi davam edən müdafiəçi Aqil Nəbiyev və icazə alaraq bir neçə günlüyünə vətəninə yollanan qapıçı Lukaş Sapela hazırlıq prosesində yer almayıb. Məşqçilər korpusu cəzalı durumda olmasını nəzərə alaraq Sapelaya icazə verib. Tofiq Mikayılov ümumi qrupda məşqlərdə çalışsa da, Tyaqo Mirasema fərdi proqram əsasında məşq edib.

 

Ümumilikdə futbolçular daha çox bəzi taktiki-texniki tapşırıqlar üzərində çalışıb. Komanda artıq oyun saatını gözləyir.