“Rəvan” problemlə üzləşdi
13.03.2014 - 17:38
“Rəvan” problemlə üzləşdi

“Rəvan” ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXVI turunda “Simurq”un qonağı olacaq paytaxt təmsilçisi 4 əsas oyunçusunun xidmətindən yararlana bilməyəcək.

 

Belə ki, 3 legioner - Oke Akpoveta, Julio Sezar və Lukaş Sapela, eləcə də, millimizin üzvü Novruz Məmmədov “Simurq”a qarşı forma geyinməyəcək. Sözügedən futbolçular cəzalı olduqları üçün Zaqatalaya aparılmayacaqlar.

 

Qeyd edək ki, “Simurq” – “Rəvan” oyunu martın 14-də keçiriləcək.