“Rəvan”a “5” verdilər
28.02.2014 - 16:40
“Rəvan”a “5” verdilər

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz "Rəvan" klubunun U-19 komandası ilə qarşılaşıb.

 

Məhsuldar keçən görüşdə millimiz qalib gəlib – 5:4. Paytaxt təmsilçisini Mahir Mədətov, Elnur Cəfərov, Ehtiram Şahverdiyev (2 qol) və Yusif Nəbiyev məyus edib.