“Rəvan”ın sabiq kapitanı autsayderlə anlaşdı
31.01.2014 - 10:50
“Rəvan”ın sabiq kapitanı autsayderlə anlaşdı

Bakının “Rəvan” klubunun sabiq futbolçusu Miloş Zeçeviç özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 2013-cü ilin əvvəlində klubdan qovulan serbiyalı təxminən 1 illik işsizliyə son qoyub.

31 yaşlı müdafiəçi karyerasını Monteneqroda davam etdirəcək. Miloş Podqoritsanın “Mladost” klubu ilə anlaşıb. Bu komanda hazırda ölkə çempionatının yüksək liqasında autsayderlərdən biridir. 15 turda 17 xal toplayan komanda 12 klub arasında 11-ci piləədədir.

Qeyd edək ki, 2009-11-ci illərdə “Muğan”, 2011-13-cü illərdə “Rəvan”da oynamış Zeçeviç ölkəmizdə 4 mövsüm keçirib.