“Roma” 25 milyondan imtina etdi
14.07.2015 - 21:51
“Roma” gənc futbolçusu Alessio Romanyoli üçün “Milan”ın artıq 4-cü təklifindən də imtina edib. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, milanlılar gənc futbolçu üçün 25 milyon avro təklif ediblər.
“Roma” isə 20 yaşlı futbolçusunu 30 milyondan daha aşağı qiymətə satmaq istəmir.
Buna görə də Romanyoli “Milan”la Çin turnesinə deyil, “canavarlar”la Avstraliyaya yollanacaq.
Qeyd edək ki, gənc futbolçunun “rassyoner”lərin maraq dairəsinə düşməsinin əsas səbəbi yeni baş məşqçi Sinişa Mixayloviçdir. Serb mütəxəssis onunla “Sampdoriya”da birlikdə çalışıb.
0
0