“Roma” “Milan”ın hücumçusunu aldı
22.01.2016 - 18:56
“Roma” “Milan”ın hücumçusunu aldı

Stefan Əl-Şaaravinin yeni klubunun adına aydınlıq gəlib. Apasport.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, 23 yaşlı forvard karyerasını A seriyasında davam etdirəcək.

 

Mövsümün ilk dövrəsini icarə əsasında “Monako”da keçirən Əl-Şaaravi “Milan”a dönməyib. “Rossonyerlər” onu bu dəfə “Roma”ya icarəyə veriblər. Paytaxt təmsilçisi buna görə qarşı tərəfə 2 milyon avro ödəyib.

 

“Canavarlar” İtaliya millisinin üzvündən məmnun qalsalar, 13 milyon avro müqabilində onu transfer etmək hüququna malik olacaqlar. Lakin futbolçunu A seriyasının XXI turu çərçivəsində yanvarın 24-də “Yuventus”la keçiriləcək qarşılaşmaya yetişdirmək mümkün olmayacaq.

 

Qeyd edək ki, Stefan Əl-Şaaravi 2011-ci ildən müqavilə ilə “Milan”a məxsusdu.