“Roma” misirli futbolçunu istəyir
21.06.2015 - 20:12
“Roma” misirli futbolçunu istəyir

İtaliya A seriyasının bürünc mükafatçısı “Roma” “Çelsi”nin futbolçusu Muhammed Salah üçün təmaslara başlayıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, artıq futbolçunun agenti ilə klub rəsmiləri arasında ilk görüşlər keçirilib.

 

Oyununçunun mümkün transfer qiyməti 25 milyon avro miqdarında dəyərləndirilir.

 

Xatırladaq ki, Salah 2014/15 mövsümünün ilk yarısını “Çelsi”də, ikinci hissəsini isə icarə əsasında “Fiorentina”da keçirib. Misirli futbolçu A seriyasında meydana çıxdığı 16 oyunda 6 dəfə fərqlənib.