“Bir neçə ay əvvəl biz Alfredo di Stefanonu itirdik, amma indi deyə bilərik ki, Kriştianu Ronaldo onun ləyaqətli varisidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real" prezidenti Florentino Peres deyib.
“Kral klubu”nun rəhbəri Portuqaliya millisinin üzvünün hələ Madrid təmsilçisinin şərəfini qoruyacağına ümid edir: “Mən istəyirəm ki, o, “Real”da öz yolunu davam etdirsin. Bizim üçün və komanda üçün oynasın. Bu, böyük şərəfdir. Kriştianu gənclər üçün nümunə oldu. Bizim azarkeşlərimiz ona minnətdardır. Çünki Ronaldo “Real" üçün əlindən gələni edir. O, di Stefanonu kimi qələbələrə acgözdür. Hələ Ronaldo 4-cü dəfə “Qızıl buts”u qazana bilər”.