“Ronaldo heç vaxt bizi məyus etməyib”
14.03.2015 - 20:02
“Hər şeydən önəmli, futbolçularla məşqçi arasında olan münasibətdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti deyib.
İtaliyalı mütəxəssis futbolçuları ilə həddindən artıq mülayim davranması ilə bağlı tənqidlərə münasibət bildirib: “Mən oyunçularla zarafat etməyi və deyib-gülməyi çox sevirəm. Əlbətdə, bu, hörmət əlamətidi. Ronaldo son dövrlər çox tənqid olundu. Lakin portuqaliyalı heç vaxt bizi məyus etməyib”.
0
0