“Ronaldo ilə müqayisə olunmaq çox xoşdu”
13.05.2015 - 18:55
“Ronaldo ilə müqayisə olunmaq çox xoşdu”

“Mançester Yunayted” – in yeni transferi Memfis Depay Kristiano Ronaldo ilə müqayisə edilməsi barədə fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, belə bir ulduzla müqayisə olunmaqdan olduqca məmnun olduğunu qeyd edən gənc oyunçu Ronaldonu özünə qəhrəman seçdiyini deyib:

 

“Mənim cəmi 21 yaşım var, irəlidə portuqaliyalı kimi futbolçu olmaq üçün çox çalışmalı və çox qol vurmalıyam. O mənim qəhrəmanımdı. Oyun stilimi də ona oxşatmağa çalışıram. Ümid edirəm ki, nə vaxtsa Ronaldonun səviyyəsinə çatacam”.