“Ronaldo Messidən peşəkar və hərtərəfli futbolçudu”
15.05.2015 - 16:22
“Ronaldo Messidən peşəkar və hərtərəfli futbolçudu”

“Müasir futbolda “Qızıl top”a 2 namizəd var: Messi və Ronaldo. Onlarla rəqabət apara biləcək başqa futbolçu isə görmürəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Braziliya yığmasının və Madrid “Real”ının sabiq futbolçusu Rikardo Kaka deyib.

 

Lionel Messi və Kriştianu Ronaldo müqayisəsini aparan Kaka maraqlı fikirlər səsləndirib. O, hər iki futbolçunun çox güclü olduğunu bildirsə də, üstünlüyü keçmiş komanda yoldaşı Ronaldoya verib: “Ronaldonu müasir futbolun “bütü” sayıram. Messiyə də az “dua etmirlər”. Onların fərdi keyfiyyətlərini müzakirə etməyə ehtiyac yoxdu. Hər iki ayrı-ayrılıqda dahi futbolçudu. Bu futbolçuların mövsüm, il ərzində etdiklərinə baxanda bunu asanlıqla anlamaq olur. Əgər ikisindən birini seçməli olsam, Ronaldonu seçərəm. Mənə görə, o daha peşəkar və hərtərəfli inkişaf etmiş futbolçudu. Kriştianu hər iki ayağı ilə və başla mükəmməl oynayır. Bundan əlavə, “Real”da birgə oynadığımız dönəmdə o mənə əsl dost olub”.