Çempionlar Liqasına hazırlaşan “Qarabağ”ın Avstriyada keçirəcəyi təlim-məşq toplanışı zamanı yoxlama oyunlarında qarşılaşacağı rəqiblərindən ikisinin adı bəlli olub. Bu barədə apasport.az saytına klubun meneceri Asif Əsgərov məlumat verib.
Onun sözlərinə görə, ağdamlılar iyunun 23-də Ukrayna çempionu Donetsk “Şaxtyor”u ilə üz-üzə gələcək.
Bundan 5 gün sonra – iyunun 28-də isə Qurban Qurbanovun komandası Rusiyanın “Kuban” klubu ilə qüvvəsini sınayacaq.
Ümumilikdə, Azərbaycan Premyer Liqasının son çempionu təlim-məşq toplanışında 5 yoxlama görüşü keçirəcək. Digər 3 komandanın adına isə qarşıdakı günlərdə aydınlıq gələcək.
“Şaxtyor” “Qarabağ”a rəqib oldu
13.06.2014 - 17:06
0
0