“Şaxtyor”un oyununda azərbaycanlı hakimlər
18.11.2014 - 10:46
“Şaxtyor”un oyununda azərbaycanlı hakimlər

FİFA referisi Rəhim Həsənov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan Gənclər Liqası turnirində fit çalacaq.

 

Həsənov H qrupunda noyabrın 25-də, Ukraynanın Lvov şəhərində keçiriləcək “Şaxtyor” (Donetsk, Ukrayna) - "Atletik" (İspaniya) oyununun baş hakimi Rəhim Həsənov olacaq. Ona Yaşar Abbasov və Nahid Əliyev kömək edəcək.

 

Mənbə: affa.az