[b]“Seltik”in rekordu, “Qarabağ”la “Kəpəz”in qiyabi mübarizəsi[/b]
01.04.2016 - 18:37
[b]“Seltik”in rekordu, “Qarabağ”la “Kəpəz”in qiyabi mübarizəsi[/b]

Topaz Premyer Liqasının III dövrəsi başa çatdıqdan sonra çempionatın lideri “Qarabağ” 10 xallıq üstünlüklə Azərbaycan rekorduna doğru irəliləyir. Apasport.az saytının məlumatına görə, buna nail olmaq üçün Ağdam təmsilçisi üstünlüyünü 16-ya çatdrımalıdı.

 

Belə ki, ölkə çempionatları tarixində çempionun 2-ci yerlə arasındakı ən böyük fərq 16-ya bərabərdi. UEFA-nın bu gün açıqladığı siyahıda da “Kəpəz” həmin üstünlüyü ilə ölkəmizi təmsil edib.

 

1997/98 mövsümündə “Dinamo”nu 16 xal qabaqlayıb, qızıl medal əldə edən Gəncə klubunun həmin rekordu çempionatımızın ən yüksək göstəricisi kimi UEFA-nın rəsmi saytında əksini tapıb.

 

Qitə futbol qurumu Avropanın 54 ölkəsi üzrə rekordlarının siyahısını tərtib edib. “Kəpəz”in ölkəmizi təmsil etdiyi bu siyahı ilə yanaşı, ümumi cədvəl də yer alıb. Burada Avropanın 5 ən böyük fərqi əks olunub.

 

Mütləq rekord isə “Seltik”ə məxsusdu. Şotlandiya çempionatının 2013/14 mövsümündə “zolaqlılar” 29 xal üstünlüyə malik olub. 2007/08 mövsümündə Zaqreb “Dinamo”su 28 xal fərqi ilə Xorvatiya çempionu olub. “Skonto” (Latviya), “Barri Taun” (Uels), “Kopenhagen” (Danimarka) 26, “Bavariya” (Almaniya) 25 xallıq üstünlüklə qızıl medalı təmin edib. “Kəpəz” ümumi siyahıda İspaniya rekordçusu “Barselona”nı da qabaqlayıb. Kataloniyalılar 15 xallıq fərqlə çempion olub.

 

 

0