“Sent-Etyen” “Qarabağ” önünə itkilərlə çıxacaq
26.11.2014 - 12:04
Sabah Avroliqanın qrup mərhələsində doğma meydanda təmsilçimiz “Qarabağ”ı qəbul edəcək “Sent-Etyen” klubunun heyətində ciddi itkilər var. Apasport.az xəbər verir ki, fransızların 3 əsas forvardı zədəlidi.
Türkiyəli hücumçu Mövlud Ərdinç, fil-dişi sahilindən olan Maks Qradel və Allan Sankt – Maksimin hələ də sağalmayıb. Onlarla yanaşı yarımmüdafiəçi Koad Reno da sıradan çıxıb. Fransa mətbuatının yazdığına görə onların sabah keçiriləcək oyuna qədər də hazır olacaqları inandırıcı deyil.
Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” oyun sabah saat 00:05-də start götürəcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0