“Sent-Etyen”in baş məşqçisi: Onlardan eyni şeyi gözləyirəm
12.09.2014 - 13:35
“Sent-Etyen”in baş məşqçisi: Onlardan eyni şeyi gözləyirəm

“Komandama və futbolçularıma güvənirəm. İnanıram ki, onlar həm Avroliqada, həm də daxili çempionatda uğurlu çıxış edəcəklər”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen” klubunun baş məşqçisi Kristof Qaltye deyib.

 

Avropa Liqasının qrup mərhələsində ilk oyununu “Qarabağ”a qarşı keçirəcək Fransa təmsilçisinin çalışdırıcısı azarkeşləri onlara dəstək olmağa çağırıb: “Liqa-1-də yaxşı çıxış etməklə yanaşı Avroliqada da özümüzü göstərməliyik. Bunun üçün azarkeşlərimiz də bizə kömək etməlidir. Onlar Avroliqanın pley-off mərhələsində Türkiyənin “Karabükspor”la oyunlarında bizə kömək etdilər. Məhz tərəfdarlarımızın möhtəşəm dəstəyi sayəsində qrup mərhələsinə gəldik. Bundan sonra da onlardan eyni şeyi gözləyirəm. İnanıram ki, biz də bunu doğruldacağıq. Artıq qarşıdakı həftə Bakıya səfərimiz var. Biz də oradan qalib dönmək istəyirik”.

 

 

Qeyd edək ki, “Qarabağ” - “Sent-Etyen” oyunu sentyabrın 18-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.