“Biz “Nant”dan daha yaxşı imkanlara sahib idik. Qarşılaşmada rəqibi təzyiq altında saxlayırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Sent-Etyen”in futbolçusu Romen Amuma deyib.
27 yaşlı oyunçu Fransa çempionatının XIV turunda səfərdə “Nant”la 0:0 hesabı ilə heç-heçə etmələrindən danışıb.
Amuma bildirib ki, “Qarabağ”la oyun bizim üçün çətin olacaq: “Bir neçə dəfə qol imkanlarımız olsa da, bundan istifadə edə bilmədik. Bu, bizim üçün yaxşı olmadı. Səfərdə xa itirdik. Komandanın heyətində qol vurmaq bacarığında olan bir çox oyunçu var. Bunun üçün də başqa sual lazım deyil. Biz öz işimizi görürük və yolumuza davam edirik. Qarşıda ölkə çempionatında “Lion” və Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la çətin oyunlar var. Bunlardan ən mühümü Azərbaycan klubu ilə görüşümüz olacaq. Hər bir imkandan istifadə edəcəyik”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı