“Sevilya” Konoplyankadan əlini üzdü
25.06.2015 - 22:38
“Sevilya” Konoplyankadan əlini üzdü

“Dnepr”in yarımmüdafiəçisi Yevgeni Konoplyankanın “Sevilya”ya keçidi alınmayıb. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, bu barədə klubun idman direktoru Monçi açıqlama verib.

 

Futbolçu ilə bir neçə dəfə anlaşmağa çalışdıqlarını qeyd edən prezident, bütün cəhdlərinin boşa çıxdığını deyib:

 

“Bütün cəhdlərimizə baxmayaraq istədiyimizi əldə edə bilmədik. Qarşı tərəfin hər dediyini eləsək də yekunda anlaşma olmadı. Ona görə də biz bu transferdən vaz keçirik”.