“Sevilya”nın hücumçusu 6 milyon avroluq təklifi qəbul etmədi
13.06.2015 - 20:36
“Sevilya”nın hücumçusu 6 milyon avroluq təklifi qəbul etmədi

“Sevilya” ilə UEFA Avropa Liqasının qalibi olmuş Karlos Bakkaya sürpriz təklif gəlib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, kolumbiyalı oyunçu Çinin “Beyzin Qoan” klubunun maraq dairəsinə düşüb.

 

Çinlilər Bakka üçün “Sevilya”ya 25 milyon avro təklif ediblər. Futbolçu özü isə bu keçiddən illik 6 milyon avro qazanmaq şansı yaxalayıb.

 

Ancaq kolumbiyalı hücumçu bu təklifi qəbul etməyib.