“Simurq” 6 futbolçusuna görə cərimə ödəyəcək
22.02.2014 - 13:20
AFFA İntizam Komitəsinin bugünkü iclasına Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının XXIII turunun oyunlarında yaşanalara da baxılıb. Apasport.az saytının məlumatına görə, bu həftə 10 klubdan 3-ü cəza və cəriməyə məruz qalıb.
AZAL ilə “Qəbələ”nin duelinin 53-cü və 61-ci dəqiqələrində paytaxt klubunun futbolçuları – müvafiq olaraq, Adil Nağıyevlə Ramil Rəhimzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hərəsi 1 oyunluq cəzalanıb, “təyyarəçilər” isə 200 manat cərimələnib.
Oyunun 85-ci dəqiqəsində isə “Qəbələ”nin futbolçusu Fərid Səmədzadə analoji səbəbdən görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubunu isə 100 manat ziyana salıb.
“Simurq” – “Sumqayıt” matçında isə meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 500 manat cərimə kəsilib.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0