[b]“Simurq” “Xəzər Lənkəran”la oyuna çıxmaqdan imtina etdi[/b]
28.04.2015 - 10:38
[b]“Simurq” “Xəzər Lənkəran”la oyuna çıxmaqdan imtina etdi[/b]

“Simurq”un 15 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatı çərçivəsində “Xəzər Lənkəran”la oyuna çıxmayacaq. Apasport.az saytının məlumatına görə, bu gün XXVIII tur çərçivəsində Lənkəran səfərinə yollanmalı olan Zaqatala təmsilçisi bundan imtina edib.

 

“Simurq”un icraçı-direktoru Vaqif Əliyev saytımıza açıqlamasında oyundan imtinanın səbəbinin maliyyə problemi ilə əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, hazırda U-15 komandasında futbolçu çatışmazlığı var: “Bizim U-15-dəki futbolçuların 7-8-i eyni zamanda U-14-də də çıxış edir. Onlar hazırda məhz U-14-lə birgədilər. Çünki U-14 komandamızın 1/4 final mərhələsində oyunu var. Təbii ki, belə vəziyyətdə üstünlüyü 14 yaşlılara verməliyik. Üstəlik, U-15-in 3 oyunçusu da zədəlidi. Lənkəran səfərindən imtinanın səbəbi də budu”.

 

Vaqif Əliyev bununla bağlı AFFA-nı məlumatlandırdıqlarını söyləyib. Bu xəbəri federasiya da artıq təsdiqləyib. 

0