“Simurq” rəqib axtarır
08.11.2014 - 17:32
“Simurq” rəqib axtarır

Topaz Premyer Liqasının XI turunun "Xəzər Lənkəran"la matçından sonra 4 günlük istirahət buraxılan “Simurq” hazırlıqlarını bərpa edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisi milli komandanın oyunları ilə əlaqədar yaranmış fasiləni dünən bitiriblər.

 

Belə ki, bir gün öncə doğma məkanda bir araya gələn "sarı-qaralar" məşqlərə start verib. Növbəti turda evdə "Neftçi"lə keçirəcəyi qarşılaşmaya hazırlaşan "Simurq" fasilə müddətində bir yoldaşlıq keçirməyi nəzərdə tutub. Lakin komanda hələ rəqib axtarışındadır. 

 

Qeyd edək ki, hazırlıqlarda yığmaların düşərgəsində olan Rəşad Eyyubov, Rəşad Əzizli və Vadim Abdullayev iştirak etmirlər. Həmçinin, son oyunda zədələnərək matçı yarımçıq tərk edən Tural Axundov, Murad Səttarlı və Banas Adam da hazırlığa qoşulmayıb.