“Simurq”un futbolçusu Antalyada meydana çıxdı
06.03.2014 - 09:29
“Simurq”un futbolçusu Antalyada meydana çıxdı

“Simurq”un futbolçusu Mindauqas Kalonas Litva millisində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisi Qazaxıstan yığması ilə yoxlama matçında qüvvəsini sınayıb.

 

Türkiyənin Antalya şəhərində keçirilən görüşdə qalib müəyyənləşməyib – 1:1. Start heyətində meydana çıxan Kalonas 72-ci dəqiqədə əvəzlənib.