“Simurq”un futbolçusu Türkiyədə oynayacaq
28.02.2014 - 10:28
“Simurq” klubunun futbolçusu Mindauqas Kalonas Litva millisinə çağırılıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi İqor Pankratyev martın 5-də baş tutacaq yoxlama oyunu üçün açıqladığı heyətə 30 yaşlı hücumçunu da daxil edib.
Qış fasiləsində “Bakı”nı “Simurq”a dəyişən Kalonas yığmasının Qazaxıstanla oyununda forma geymək imkanı qazanacaq. Bu matç Türkiyədə baş tutacaq.
Qeyd edək ki, Litva millisinin baş məşqçisi İqor Pankratyev də vaxtilə ölkəmizdə çalışıb. Bu mütəxəssis “Standard”da Valdas İvanauskasın köməkçisi olub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0