“Simurq”un müdafiəçisini Almaniyadan qovan baş məşqçi istefaya göndərildi
20.04.2015 - 13:02
“Simurq”un müdafiəçisini Almaniyadan qovan baş məşqçi istefaya göndərildi

Bundesliqa klubu “Hannover”də baş məşqçi istefası reallaşıb. Apasport.az-ın klubun rəsmi internet saytına istinadən məlumatına görə, uğursuz çıxış baş məşqçi Tayfun Korkutun vəzifəsindən kənarlaşdırılmasına səbəb olub.

 

Klubun saytında bu qərarın idman direktoru Dirk Hafner tərəfindən verildiyi və yeni baş məşqçinin adının aprelin 25-də “Hoffenhaym”la baş tutacaq növbəti tur matçından öncə açıqlanacağı qeyd edilib. Baş məşqçi postuna namizədlər də artıq bəllidi. Bunlar Volker Finke və Peter Neururerdi.

 

Bundesliqada 12 turdu qələbə üzü görməyən “Hannover” 29 turdan sonra aktivindəki 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qəralaşıb.

 

Qeyd edək ki, milli komandamızın müdafiəçisi Əli Gökdəmir uzun müddət “Hannover“də çıxış edib. Hazırda “Simurq”da oynayan Gökdəmiri “Hannover”dən məhz həmyerlisi Tayfun Korkut uzaqlaşdırmışdı.