“Srvena Zvezda” millimizə 4 top vurdu
27.10.2014 - 17:33
Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Belqradın “Srvena Zvezda” klubunun U-17 komandası ilə qarşılaşıb.
Millimiz qarşılaşmada 2:4 hesabı ilə məğlub olub. Yığmamızın qollarını Pilağa Mehdiyev və Bahadur Həziyev vurub.
0
0