“Sumqayıt” 3 yoxlama oyunu keçirəcək
23.06.2015 - 18:01
“Sumqayıt” klubu 2015/16 mövsümü üçün hazırlığın ilk mərhələsinə iyulun 1-də start verəcək. Apasport.az saytının məlumatına görə, komanda gündə 2 dəfə olmaqla “Kapital Bank Arena”da hazırlaşacaq.
Bu müddət ərzində klub 3 yoxlama matçı keçiriləcək.
“Kimyaçılar” ilk olaraq iyulun 4-də "Kəpəz"lə üz-üzə gələcək.
Həmin qarşılaşma saat 18:00-da "Dalğa Arena"da baş tutacaq.
Aqil Məmmədovun yetirmələri növbəti yoxlama oyununu iyulun 11-də AZAL-a qarşı keçirəcək.
İkinci görüş isə "Kapital Bank Arena"da saat 19:00-da start götürəcək.
Digər rəqib isə hələ müəyyənləşməyib. (klub saytı)
0
0