“Sumqayıt” 4 əskiklə hazırlaşdı
13.10.2014 - 21:05
“Sumqayıt” 4 əskiklə hazırlaşdı

Topaz Premyer Liqasının növbəti turu çərçivəsində doğma arenada "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, həftəsonu ikitərəfli oyun keçirən Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.

 

Zədəli olan Bəxtiyar Həsənalızadə fərdli məşqlərlə kifayətlənib. Millimizin düşərgəsində olan Məhəmməd Qurbanov və U-21-in heyətində yer alan Tərlan Əhmədli və Şahrudin Məhəmmədəliyev hazırlıqlara nisbətən gec qoşulacaq.

 

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" oyunu oktyabrın 17-də saat 16:00-da "Kapital Bank Arena"da keçiriləcək.