“Sumqayıt” baş məşqçisini təqdim etdi
08.10.2015 - 23:10
“Sumqayıt” baş məşqçisini təqdim etdi

Əvvəlcədən məlumat verdiyimiz kimi, Samir Abasov "Sumqayıt" Futbol Klubunun baş məşqçisi təyin olunub. Apasport.az saytının məlumatına görə, dünən ilk məşqdən əvvəl adıçəkilən mütəxəssis komanda üzvlərinə təqdim olunub.

 

"Kapital Bank Arena"nın akt zalında baş tutan görüşdə "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev, baş menecer Ceyhun Sultanov, Müşahidə Şurasının sədri Abdulla Məmmədov və şuranın üzvü, veteran futbolçu Telman Salahov da iştirak edib.

 

Klubun rəhbərliyi tərəfindən Samir Abasova uğurlar arzulanıb, ardınca komanda məşqə çıxıb.

0