“Sumqayıt”ın Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 19 oyundur qələbə qazana bilməyən Aqil Məmmədovun yetirmələri XXIII turda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etməklə uğursuz seriyaya son qoyub.
“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 3-cü turda qalib gəlmişdi. 2013-cü il avqustun 19-da öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən “Sumqayıt” 19 matçlıq qələbə həsrətinə 188 gündən sonra son qoyub.
Qeyd edək ki, Azərbaycan çempionatlar tarixində ən uzun qələbəsiz oyunlar seriyaları “Şəfa”, “Bakı” (hər ikisi 32), “Energetik” (28) və “Göyəzən”ə (27) məxsusdur.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”