“Sumqayıt” baxışda olan Timur Umalovu Mahaçqalaya göndərib. Klubdan apasport.az saytına verilən məlumata görə, gənc futbolçu mövsümün sonunda yenidən ölkəmizə qayıdacaq.
İki həftəyə yaxın “gənclik şəhəri” təmsilçisində baxışda olan müdafiəçinin bacarığı məşqçilər korpusunu qane edib.
Umalovun burda qalmamasının yeganə səbəbi onun 18 yaşının hələ tamam olmamasıdı. Klub rəhbərliyi Umalovun mövsümün sonuna qədər “Anji”də oynamasını və oyun praktikasını artırmasını tələb edib. Sağ cinah oyunçusu yay təlim-məşq toplanışı zamanı yenidən “Sumqayıt”ın düşərgəsinə qoşulacaq. Həmin vaxt onun oyun praktikası qaydasında olsa, futbolçu ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, Timur Umalov “Anji” klubunun əvəzedici heyətində çıxış edir.