“Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuraraq bu gün vətənə dönür. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda axşam saatlarında Bakıda olacaq.
İki günlük istirahətin ardından Samir Abasovun yetirmələri “Kapital Bank Arena”da Premyer Liqanın növbəti turu üçün “Neftçi” ilə oyunun hazırlığına başlayacaqlar.
Qeyd edək ki, Antalyada 4 yoxlama matçı keçirən “Sumqayıt” Qazaxıstanın "Akjayık" klubuna 1:0 hesabı ilə qalib gəlib, Rumıniya təmsilçisi "Voluntari" ilə 0:0 hesablı heç-heçə edib, son İran çempionu "Sepahan"a 1:2 hesabı ilə məğlub olub və 4 qat Rumıniya çempionu olmuş “Petrolul”la 1:1 hesablı “sülh” bağlayıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu