“Sumqayıt”dan növbəti transfer
14.01.2016 - 18:17
“Sumqayıt”dan növbəti transfer

Topaz Premyer Liqasında mövsümün ikinci yarısına hazırlığını davam etdirən “Sumqayıt” növbəti transferini gerçəkləşdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi Nicat Muxtarovu da heyətinə qatıb.

 

Sumqayıtlılar mövsümün ilk yarısında  “Rəvan”da çıxış etmiş 21 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalayıb. Nicat “Sumqayıt”da 8 nömrəli formanı geyinəcək.

 

Muxtarov indiyədək Premyer Liqada 22 oyun keçirib, 2 qol vurub.

 

Qeyd edək ki, “Sumqayıt” bunadək Vaqif Cavadov, Kənan Manafov, Eltun Yaqublu və Səlahət Ağayevi heyətinə qatıb.